Modern.az

General Aydəmirov: “MAXE olmaq istəyənlər üçün fürsət yaranıb”

General Aydəmirov: “MAXE olmaq istəyənlər üçün fürsət yaranıb”

5 May 2016, 16:32


“Vətəndaşların könüllü olaraq cəbhə xəttinə, orduda xidmətə getmək istəyi Azərbaycan xalqının yüksək döyüş ruhundan xəbər verir. Bu gün könüllü cəbhə bölgəsinə vətən torpaqlarını işğaldan azad etməyə getmək istəyənlərin sayı həddindən artıq çoxdur”.

Bu barədə Modern.az saytına açıqlamsında ehtiyatda olan general-leytenan Yaşar Aydəmirov Müdafiə Nazirliyinin Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) qəbulla bağlı çağırışına münasibət bildirərkən deyib.

General-leytenant bildirib ki, könüllü şəkildə insanların orduya müddətdən artıq hərbi qulluqçu kimi qəbul edilməsini yüksək qiymətləndirir:

“Müdafiə Nazirinin Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla bağlı qaydaları açıqlaması, çağırış etməsi təqdirəlayiqdir. Mən bu addımı yüksək qiymətləndirirəm. İnanıram ki, könüllü olaraq cəbhədə xidmət etmək istəyənlər üçün böyük bir fürsət yaranacaq. Bu baxımdan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularını qəbul etmək ideyası alqışlanmalıdır.
İndiki vəziyyətdə müddətdən artıq hərbi qulluqçuların orduya qəbul edilməsi bizim döyüş ruhumuzu, müdafiə qabiliyyəti canlı qüvvə baxımdan yenilməzliyimizi təmin edəcək.

Orduya könüllü getmək istəyən insanların arasında hətta yaşlıları da var. Bu, təqdirəlayiq haldır. Azərbaycan xalqı öz torpaqlarını azad etmək üçün daim döyüşə hazır olduğunu hər zaman bəyan edib və bun gün də tam döyüşə hazırdır.

Mən hər zaman demişəm ki, Azərbaycanda döyüş qabiliyyətli və xidmətini başa vurmuş vətəndaşlarımız müddətdən artıq xidmət etmək istəyən minlərlə oğul və qızlarımız var.

18 yaşından tutmuş hətta 40 yaşından yuxarı inşalar da bu gün ön xəttə gedib əlinə silah alaraq döyüşə atılmaq istəyir”.

Xatırladaq ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 36.1-ci və 36.1.1-ci maddələrinə uyğun olaraq, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsili qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar könüllü daxil ola bilər.

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə