Modern.az

Gəncədə Avropa Gənclər paytaxtları şəbəkəsinin görüşü oldu

Gəncədə Avropa Gənclər paytaxtları şəbəkəsinin görüşü oldu

5 May 2016, 17:20

“Gəncə Avropa Gənclər paytaxtı 2016” layihəsinin rəsmi açılış tədbirləri  çərçivəsində Avropa Gənclər paytaxtları şəbəkəsinin görüşü də keçirildi. Modern.az xəbər verir ki, görüşün moderatoru Avropa Gənclər paytaxtları şəbəkəsinin baş katibi Andras Farkas Gəncənin 2016-cı il üçün Avropanın Gənclər paytaxtı seçilməsi ilə bağlı keçirilən tədbirlərin bütün iştirakçılar üçün faydalı və maraqlı olduğunu bildirib, təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıb.

“Gəncə Avropa Gənclər paytaxtı 2016” İctimai Birliyinin sədri Elmir Vəliyev Gəncənin bu ada layiq görülməsindən fəxr etdiyini bildirib, layihə çərçivəsində görülən və nəzərdə tutulan işlərə toxunub. 2016-ci il ərzində bununla bağlı bir sıra tədbirlərin keçiriləcəyini vurğulayan Elmir Vəliyev Gəncənin Avropanın Gənclər paytaxtı adına layiq görülməsində ölkəmizin beynəlxalq nüfuzunun rolunu qeyd edib, əsası dahi siyasi xadim Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi regionların inkişafı və Gənclər siyasəti barədə məlumat verib.

Digər şəhərlərin nümayəndələri də tədbirlərin yüksək səviyyədə keçirildiyini vurğulaylblar, bu cür toplantılarınn əhəmiyyyətindən danışıblar, Gəncədə onlara göstərilən qonaqpərvərlikdən məmnunluqla bəhs ediblər.

Görüşdə Avropa Gənclər paytaxtları şəbəkəsinin gələcək fəaliyyət planı müzakirə olunub, qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. 






Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə