Modern.az

Rusiyalı komitə sədri Qarabağdakı rejimin tanınmasına qarşı çıxdı

Rusiyalı komitə sədri Qarabağdakı rejimin tanınmasına qarşı çıxdı

5 May 2016, 17:28

Rusiya Dövlət Dumasının MDB ilə iş üzrə komitəsinin sədri Leonid Slutski Ermənistan hökumətinin Dağlıq Qarabağdakı separatçı rejimin müstəqil dövlət kimi tanınması barədə qanun layihəsini ölkə parlamentinə göndərməsinə reaksiya verib.

Modern.az Rusiya KİV-nəı istinadən xəbər verir ki, rusiyalı siyasətçi Ermənistan hökumətinin bu addımına qarşı çıxıb.

“Rəsmi Yerevanın niyyəti həmişə Dağlıq Qarabağın tanınması istiqamətində olub və biz bilirik ki, bu, Bakının yanaşmasından uzaqdır. Münaqişənin həlli də bu prosesdən heç nə qazanmayacaq. Əksinə, Dağlıq Qarabağın tanınması ilə münaqişə bölgəsində gərginlik artacaq ki, bu da qəbuledilməzdir”.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə