Microsoft şirkəti 2015-ci ilin ikinci yarısı üçün haker hücumuna görə lider olan ölkələrin adını açıqlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ən çox belə hücumlar edən ölkələr Pakistan, İndoneziya, Banqladeş, Fələstin və Nepaldır.
“Hər gün dünyada 10 milyondan artıq haker hücumu qeyd alınır” – deyə korporasiyanın meneceri Aleks Veynert deyib.
Ən az haker hücumlarının Yaponiyada, Finlandiyada, Norvçedə, İsveçdə və Danimarkada qeydə alındığı bildirilir.
Microsoft-un məlumatına görə, haker hücumlarının yarısı Asiya ölkələrindən, beşdə biri isə Latın Amerikasından gəlir.
Vüqar İsmayılov