Modern.az

Qondarma DQR-in müstəqilliyinin tanınma şərti açıqlanıb

Qondarma DQR-in müstəqilliyinin tanınma şərti açıqlanıb

Təhsil

5 May 2016, 20:02


“Ermənistan hökumətinin iki deputatının “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması təşəbbüsü ilə bağlı rəyi ətrafındakı söz-söhbətlər yersizdir. Hökumətin rəyi bu təşəbbüslə razılıq kimi başa düşülməməlidir”. Modern.az saytı xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda vurğulanır ki, Ermənistan hansı halda “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıyacağını açıqlayıb: “Etibarlı tərəfdaş kimi Ermənistan prezidenti bu kimi vacib qərarla bağlı əvvəlcədən öz həmkarlarını, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini məlumatlandıracaq”.

Qeyd edək ki, bu gün Ermənistan hökuməti “DQR”in müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsinə rəy verərək sənədi parlamentə göndərib. Həmin sənədi hökumətin iclasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan təqdim edib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə