Modern.az

AvroLiqada finalçılar məlum oldu

AvroLiqada finalçılar məlum oldu

Təhsil

6 May 2016, 09:36



Ötən gecə UEFA-nın Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Modern.az saytı xəbər verir ki, artıq finalçılar müəyyənləşib.

Ukraynada "Sevilya" ilə 2:2 hesablı bərabərə qalan "Şaxtyor" klubu İspaniyada uduzub – 1:3.
"Sevilya" ardıcıl üçüncü dəfə finala yüksəlib.  

"Liverpul"u isə doğma meydanda "Vilyarreal"ı qəbul edib. Səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan ingilislər doğma azarkeşləri önündə ispanların qapısından 3 cavabsız top keçiriblər. 

"Sevilya" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 3:1
İlk oyun - 2:2

"Liverpul" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 3:0
İlk oyun - 0:1

Beləliklə Avropa Liqasının finalında  "Sevilya"(İspaniya) - "Liverpul"(İngiltərə) qarşılaşmasının şahidi olacağıq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə