Modern.az

Azərbaycandakı əcnəbilərə yeni İMKANLAR

Azərbaycandakı əcnəbilərə yeni İMKANLAR

6 May 2016, 12:35


Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi hallarının sayı artırılır.

Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsində öz əksini tapıb.

Məcəlləyə 3 yeni məzmunda- 45.0.4-1-ci, 45.0.6-1, 64.0.8-1 və 64.0.13-1-ci maddələrin əlavə edilməsi təklif olunur.

Əlavələrə görə, Azərbaycanda təsis edilən və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda (45.0.6-1-ci), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan vətəndaşları və ya Azərbaycanda təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərə (64.0.8-1), Azərbaycanda təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə (64.0.13-1) də Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə veriləcək.

Dəyişiklik Prezidentin "Qaradağ Sənaye Parkının yaradılması haqqında" sərəncamın icrasını təmin etmək məqsədi daşıyır.

Təklif olunan yeni əlavələr səsverməyə qoyularaq qəbul edilib.  

Aytən Zəhra

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə