Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabahdan hava şəraiti pisləşəcək. Mayın 7-dən 9-dək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək.