Modern.az

Azərbaycan və Türkiyədə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq

Azərbaycan və Türkiyədə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq

6 May 2016, 12:50


Milli Məclisin iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Modern.az xəbər verir ki, məsələ barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Daha sonra Milli Məclis  2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış sazişi təsdiqləyib. Bundan sonra Azərbaycan və Türkiyədə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq.

Aytən Zəhra

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə