Modern.az

Qarabağ veteranları Müdafiə Nazirliyinə müraciət etdilər

Qarabağ veteranları Müdafiə Nazirliyinə müraciət etdilər

6 May 2016, 14:35


Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin idarə heyəti və Bakı şəhərində yerləşən rayonların filial sədrləri fövqəladə iclas keçiriblər.

İclasın əsas mövzusu Ermənistan Respublikasının Dağlıq Qarabağ ətrafında yeritdiyi məntiqsiz və ədalətsiz mövqeyi olub.

Modern.az-ın məlumatına görə, iclasda ictimai birliyin sədri Mehdi Mehdiyev cəbhədəki durumdan danışıb. Deyib ki, Ermənistan dövləti Dağlıq Qarabağ siyasətində öz havadarlarını itirərək bu oyunda tənha qalmağını hiss edib.

“Bunun nəticəsidir ki, onlar sülh danışıqlarından birtərəfli olaraq imtina ediblər. Ona görə biz Qarabağ müharibəsində böyük təcrübəsi olan ehtiyatda olan zabit, gizir, çavuş və əsgər heyəti bu gündən etibarən qısa müddət ərzində səfərbər olub, hücum briqadaları yaratmaq üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək təlimlərə başlamaq və işğalda olan Azərbaycan torpaqlarının azad olması üçün ön cəbhəyə yollamağa qərar veririk. Səfərbərlik könüllülük əsasında yüksək döyüş qabiliyyətinə malik olan Əfqanıstanda və Dağlıq Qarabağda gedən döyüşlərdə təcrübə yığmış keçmiş döyüşçüləri cəlb etməklə həyata keçiriləcək. Biz — Müharibə iştirakçıları Vətənimizin ərazi bütövlüyünü təmin etmək məqsədi ilə bu qətiyyətli addımı atırıq”.

İclasda iştirak edən filialın sədrləri yekdilliklə bu qərarı dəstəklədiklərini bildiriblər.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə