Modern.az

Oqtay Gülalıyevlə Əlmimməd Nuriyevin davası “DƏRİNLƏŞİR"

Oqtay Gülalıyevlə Əlmimməd Nuriyevin davası “DƏRİNLƏŞİR"

Təhsil

6 May 2016, 19:09

“Hər bir kəsin vətəndaş olaraq hüquq-mühafizə və məhkəmə orqanlarına müraciət etmək hüququ var. Əliməmməd Nuriyev də bu hüquqlarında istifadə edib hara istəsə müraciət edə bilər.

Amma özünün vətəndaş cəmiyyətinin üzvü sayan şəxs vətəndaş cəmiyyətinin başqa bir üzvünü polis və məhkəmə ilə hədələməməlidir”.

Bu barədə Modern.az saytına açıqlamasında Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev hüquqşünas Əliməmməd Nuriyevin onun haqqında səsləndirdiyi fikirlərə cavab verərəkən söyləyib.

Milli Şura üzvü bildirib ki, o Mehriban Vəzirə heç bir açıq məktub göndərməyib.

Və heç bir yazısında Əliməmməd Nuriyevin adını çəkməyib, kimisə konkret olaraq korrupsiya faktında ittiham etməyib: “Mən Mehriban Vəzirə heç bir məktub göndərməmişəm. Bu yazı Milli Şuranın Koordinasiya Mərkəzinin sosial şəbəkədəki qapalı qrupunda yazılıb.

Bunu qeyri-etik davranış kimi qiymətləndirirəm. Bunu onu yaşına və ziyalı statusuna yaraşdırmadım. İnsanlar öz fikirlərini yaymaqda nə qədər sərbəstdirlərsə sonradan onun cavabını da özləri verirlər.

Əslində qapalı qruplarda yazılan, yayılan fikirlər heç bir məsuliyyət yaratmır.

Mən bunu açıq şəkildə ictimai yerlərdə, insanlar arasında, yığıncaqlarda  açıq şəkildə deməmişəm. İstənilən halda mən bu fikirlərimi hansı şəkildə demişəmsə bu gün də Oqtay Gülalıyev olaraq həmin sözlərimin üstündə dayanıram.. Mən başqaları kimi boş-boş danışmıram. Ona görə də dediyim bütün fikirlərimi sübut etməyə hazıram. Buna görə heç kim narahat olmasın

Mən heç bir yerdə və yazıda  Əliməmməd Nuriyevin adını çəkməmişəm.

Bəzi insanlar nədən bu qərar agəlirlər? Məncə bunun səbəblərini başqa yerdə axtarmaq lazımdır. Mən hesab edirəm ki, bağlı qruplarda məhdud çərçivə və çevrələrdə deyilən fikirlər icazə olmadan heç vaxt geniş müzakirələrə çıxarılmamalıdır. Bu, qeyri-etikdir.

Həmin məktubda konkret olaraq kimlərinsə adları çəkilməyib.

Əgər ad çəkilməyibsə insanlar nədən bunu üzərinə götürüblər?

Mən öz adımdan koalisiya üzvlərinə artıq müraciət etmişəm. 1-ci gün koalisiya şurasını iclasıdır.

Mən ora lazım olan insanları da dəvət etmişəm. Bu məsələ ilə bağlı kimin nə sözü və istəyi varsa mənə sualı versin açıq şəkildə cavablandırım”.

Oqtay Gülalıyev Əliməmməd Nuriyevin ondan izahat və açıqlama istəyinə münasibət bildirib: “Həmkarları ilə polis və məhkəmə gücü ilə danışmaq istəyən insanlara heç cür hansısa izahat və açıqlama vermək düzgün deyil.

Əgər açıqlama və izahat istəyirlərsə gedib işlərini məhkəmə və polislə görsünlər.

Biz də gəlib açıqlamamızı izahatımızı verək və sübutumuzu ortaya çıxardaq. Lazım gəlsə mən də məhkəmə qarşısında sözüm deməyə hazıram. Məni məhkəmə ilə qorxutmaq mümkün deyil. Çünki mən elə məhkəmələri çox görmüşəm. Həbs yatıb çıxmış adamam.

Sadəcə bu insanlar hakimiyyətdən açıq dəstək və güc alan insanlardır. Bizim də müstəqil iradəli işanlar seçkidə uğur qazanıblar. Onlar da bağırırlar ki, ay bizə havadarlıq edən insanlar biz sıradan adi bur quruma deyil, Milli Şura kimi təşkilata məğlub olmuşuq.

Burada daha ciddi məqamlar var. Milli Şuranın adının hallanması bununla bağlıdır.

Seçkidə Milli Şuranın yalnız 1 üzvü seçilib. Onlar məhkəməyə müraciət etməklə özlərini ifşa edəcəklər. Sadəcə olaraq özlərinin böyük arxa dayaqlarına güvənirlər. Amma yaxın ayların hadisələri göstərir ki, arxası dayağı böyük olub haqsızlıq hegemonluq edənlərin axırı hara gəlib çıxır”.

Qeyd edək ki, dünən Milli Şuranın üzvü yazıçı-publisist Mehriban Vəzir qurumdan uzaqlaşdırılıb.

Mehriban Vəzir bildirib ki, Oqtay Gülalıyev onu və İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının bəzi üzvlərini hökumətə satılmaqda, hakimiyyətdən qeyri-qanuni yolla 400 min manat almaqda və saxtakarlıqda ittiham edib.

Mehriban Vəzir buna  görə Əliməmməd Nuriyevdən izahat istəyib. Əliməmməd Nuriyev də Modern.az saytına məsələ ilə bağlı bildirib ki, əgər Oqtay Gülalıyev İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının fəaliyyəti və üzvləri, şəxsən ona qarşı irəli sürdüyü ciddi korrupsiya faktına açıqlama və izahat verməsə müvafiq orqanlara müraciət edəcək. 

Ağa AKİFOĞLU  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə