Modern.az

Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçiriləcək

 Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçiriləcək

Təhsil

6 May 2016, 21:14

 

Mayın 18-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakıda Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes-forumu keçiriləcək. Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, biznes-forumda Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Tədbirdə Aİ ölkələrinin və Azərbaycan şirkətlərinin nümayəndələri ölkəmizdə və Avropa İttifaqı ölkələrində bizneslə məşğul olmaq imkanları ilə tanış olacaqlar.  

Forum çərçivəsində müxtəlif panel müzakirələr və ikitərəfli görüşlər keçiriləcək.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə