Türkiyəli jurnalistlər Can Dündar və Ərdəm Gülün növbəti məhkəmə iclasında Can Dündara dövlət sirrini yaymaq ittihamı 5 il 10 ay həbs cəzası verilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdəm Gül isə eyni maddə ilə günahkar bilinərək barəsində 5 il həbs cəzası qərarı verilib.
C. Dündara qarşı cinayət işi prezident Ərdoğanın şikayəti əsasında açılıb.
Qeyd edək ki, bu gün İstanbuldakı Çağlayan Ədliyyə binasının qarşısında Can Dündara sui-qəsd cəhdi olub.
Modern.az