Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisində aprel ayında Füzuli və Tərtər rayonlarında döyüşlərdə şəhid olan mayor Rasim Məmmədov və leytenant Qabil Orucəliyevin ailələrinə yeni mənzillər təqdim olunub. Modern.az saytı Virtualaz.org-a istinadən xəbər verir ki,
şəhid ailələrinə verilən 2 və 3 otaqlı mənzillər Naxçıvan şəhərindəki yeni yaşayış kompleksində yerləşir.Tam təmir olunan mənzillərə bütün mebel avadanlıqları və məişət əşyaları qoyulub, lazımi kommunal-məişət şəraiti yaradılıb.
Qeyd: Fotodakı azyaşlı oğlan mayor Rasim Məmmədovun oğludur. Modern.az