Modern.az

Bu müəllimlər yenidən müsabiqədə iştirak edə bilməyəcəklər

Bu müəllimlər yenidən müsabiqədə iştirak edə bilməyəcəklər

Təhsil

7 May 2016, 12:56


“Mövcud təcrübə göstərir ki, müəllimlərin işə qəbulu və iş yerdəyişməsi üçün göstərilən 8 vakant yerdən ilk 3 və 4-dən sonrakı yerlərdən namizədlər imtina edirlər. Ona görə də yeni qaydalarda müəllimlər 4 vakant yer seçəcəklər”.

Modern.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri İlham Nağıyev deyib. O qeyd edib ki, peşəkar müəllim üçün ilk 2, 3 yer də bəs edər.

“8 seçim həqiqətən çoxdur. Şəxslər də həmin vakant yerləri say xatirinə yazırdılar. Növbəti yeniliklərdən biri də boş qalan yerlərə əlavə yerləşdirmə ilə bağlıdır. Belə ki, vakant yeri seçib, lakin ondan imtina edən şəxslər əlavə yerləşdirmə müsbaiqəsində iştirak etməyəcəklər”.

İ.Nağıyev müəllimlərin işə qəbulu üzrə sonuncu müsahibə mərhələsinin açıq dərs formatına uyğun keçiriləcəyini deyib.

“Qəbul olan müəllim öz ixtisasına uyğun mövzu ətrafında sinifdə 15-20 dəqiqə ərzində dərs keçəcək.

Müsahibə mərhələsi açıq dərs formatında keçiriləcək və bu, müəllimin dəqiq qiymətləndirilməsinə imkan verəcək”. Şöbə müdiri bu il müəllimlərin işə qəbulu üzrə ən az keçən ilki qədər şəxsin müraciət edəcəyini vurğulayıb.

“Müəllimlərin işə qəbulu ilə bağlı müraciət edənlərin sayı hər il arta-arta gedir.

Keçən il bu rəqəm bir az da artıq olmuşdu, 38 faizə yaxın artım müşahidə etdik, 20 minə yaxın insan imtahanlara sənəd verdi və iki həftə yarım ərzində imtahan prosesi bitdi.

Düşünürük ki, iyulun 1-dən 17-ə qədər ərizə qəbulu keçiriləcək, ondan 5 gün sonra imtahanların keçirilməsi planlaşdırılır, imtahanlar da  iki həftə getsə davam etsə, avqustun əvvəlindən müsahibələrin başlamasını planlaşdıra bilərik”.  

Aytən ZƏHRA  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə