Modern.az

Deputatlar qara lentlə futbol stadionuna çıxacaqlar

Deputatlar qara lentlə futbol stadionuna çıxacaqlar

7 May 2016, 13:19

Bu gün Türkiyənin Antalya şəhərində 4 ölkənin - Azərbaycan, Polşa, Ukrayna və Türkiyə parlamentariləri arasında futbol matçı keçirilir.

Bu barədə Modern.az-a açıqlama verən deputat Mahir Abbaszadə bildirib. O qeyd edib ki, Azərbaycan komandası Polşa komandası ilə Türkiyə vaxtı ilə saat 16.00-da görüşəcək. 

“Artıq məşqlərə başlamışıq. Səhər tezdən dəniz kənarında qaçırıq. Birazdan avtobus gəlib bizi stadiona aparacaq. Qələbə üçün hər şey edirik. İlk olaraq Türkiyə komandası Ukrayna ilə yerli vaxtla saat 14.00-da oynacaqlar. Sonra isə bizim komandamız Polşa ilə oynayacaq. Oyun başlamamışdan öncə kiçik istəyimiz olacaq ki, şəhidlərin xatirəsini anaq. Həmin vaxtı biz qara lentlə stadiona çıxacağıq. Komandanın kapitanı Fuad Muradovdur".

Deputatlardan Azər Badamov, Fazil Mustafa, Zahid Oruc, Kamran Bayramov, Tahir Mirkişili, Mahir Abbaszadə, Kamran Nəbizadə, Elşad Həsənov və Milli Məclis aparatından 11 nəfərlik heyət komandada təmsil olunur.

Aytən ZƏHRA


Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə