Sızran polisinin keçmiş rəisi Andrey Qoştanı və onun daha 5 ailə üzvünü qətlə yetirməkdə təqsirkar bilinən İslam Babayevin qardaşı Rüstəm də saxlanılıb.
Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, buhaqda Rüstəm Babayevin qaynanası Lyudmila Qrişina məlumat verib.
“Məgər həbs üçün səbəb var? Bir söz belə deməyib həbs etdilər”, - Qrişina deyib.Onun sözlərinə görə, ailədə heç kim kürəkəninin hansı səbəbdən həbs edildiyini başa düşmürlər: “Adam evində olub, öz həyatını yaşayır.
O, niyə qardaşına görə cavab verməlidir. Bizə heç kim onun niyə həbs edildiyini izah etmədi”, - qadın vurğulayıb.
Mayın 4-də Rusiya İstintaq Komitəsinin Baş istintaq idarəsi Sızran polisinin keçmiş rəisi Andrey Qoşta və onun ailəsini öldürməkdə şübhəli bilinən üç azərbaycanlıya – İslam Babayevə, Orxan Zöhrabova və Roman Fətəliyeva ittiham elan edib. Onlar iki və daha çox adamı öldürmək, azyaşlı adamı öldürməyə cəhd və quldurluq maddələri ilə təqsirkar hesab olunurlar. Bu dəhşətli hadisənin dördüncü iştirakçısı olan Tacikistan vətəndaşı Mahmadali Əhmədov da artıq həbs edilib.
Rusiyanın Samara vilayətində Sızran şəhərinin keçmiş polis rəisi Andrey Qoştu və onun 5 ailə üzvünü öldürən şəxslərin əslən azərbaycanlı olan İslam Azər oğlu Babayev, Orxan Şirəli oğlu Zöhrabov və Roman Rauf oğlu Fətəliyev olduğu müəyyənləşib.
Hadisə zamanı yalnız 7 yaşlı qız sağ qalıb.
O, hazırda koma vəziyyətindədir. Məhkəminin hökmü ilə həbs olunanlar barəsində iyulun 2-də qədər həbs qətimkan tədbiri seçilib.