Modern.az

Nazir aydınlıq gətirdi: “İxtisar olmayacaq”

Nazir aydınlıq gətirdi: “İxtisar olmayacaq”

Təhsil

7 May 2016, 15:37

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nazirliyə birləşdirilməsindən sonra işçilərin ixtisar olunacağı ilə bağlı məsələlərə aydınlıq gətirib.

Modern.az saytının verdiyi xəbərə görə, S.Müslümov jurnalistlərə açıqlamasında DSMF-nin ƏƏSM-ə birləşdirilməsi nəticəsində işçi ixtisarı olmayacağını deyib:

S.Müslümov qeyd edib ki, birləşmə nəticəsində kənarda qalan işçi qüvvəsindən əsasən məşğulluq mərkəzlərinin kompleksləşdirilməsində istifadə ediləcək:

"Məsələyə Maliyyə Nazirliyi ilə birgə baxılıb. Ayrı-ayrı strukturlar, həm onların aparatları, həm də yerli orqanları təkrarən nəzərdən keçirilir.

Optimal variant olaraq müvafiq təkliflər paketi hazırlanıb. Hazırda həmin təkliflər paketinə Prezident Administrasiyasında baxılır. Son variant hazır olan kimi Prezident İlham Əliyevə təqdim ediləcək".  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə