Modern.az

“Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turu başa çatdı

“Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turu başa çatdı

Təhsil

8 May 2016, 15:45



Beş mərhələdən ibarət “Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turu mayın 8-də başa çatıb.

Beşinci - sonuncu mərhələdə iştirakçılar Bakı-Abşeron-Bakı marşrutu üzrə158 kilometr məsafə qət etməkdə yarışıblar. Bu mərhələnin qalibi Almaniyanın "Bora-Argon 18" peşəkar kontinental komandasının üzvü Mixael Şvarcmann olub.

Xatırladaq ki, mayın 4-də Azərbaycan paytaxtının Bayraq meydanından start götürən turda 19 ölkədən 21 komanda iştirak edib. Onlardan 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır.

“Synergy Baku” klubu komanda hesabında turun qalibi olub.

Bu, Azərbaycan təmsilçisinin veloturda ikinci ardıcıl qələbəsidir. Komandamız ötən il də “Tour d'Azerbaidjan”-ın qalibi olmuşdu. “Synergy Baku”-nun heyətində Elçin Əsədov, Maksim Averin, Matiya Kvasina, Matey Muqerli, Kirill Pozdnyakov və İoannis Tamuridis çıxış ediblər.



Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə