Modern.az

Lənkəranda maskalı dəstə evə basqın edib

Lənkəranda maskalı dəstə evə basqın edib

8 May 2016, 16:59



Bu gün Lənkəranda evə basqın olub. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə saat 12 radələrində qeydə alınıb.

Biri qadın olmaqla, 3 naməlum şəxs şəhərin Vaqif Məmmədov küçəsi,  26 ünvanında yerləşən evə daxil olub. Həmin şəxslər evdə olan 1997-ci il təvəllüdlü Ülviyyə Eyvaz qızı Ağayevaya iynə vurublar və Ü. Ağayeva huşunu itirib. Daha sonra onlar evdəki qızıl-zinət əşyalarını aparıblar.

Ü. Ağayeva xəstəxanaya yerləşdirilib. Polis hadisə yerinə gəlib, istintaq üçün zəruri olan barmaq izləri götürülüb. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır, hadisəni törətmiş şəxslərin tapılması üçün tədbirlər görülür.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə