Modern.az

Tanınmış jurnalist öldürüldü

 Tanınmış jurnalist öldürüldü

Təhsil

8 May 2016, 21:53

 

Pakistanın paytaxtı Kəraçidə bu ölkənin tanınmış jurnalisti və hüquq müdafiəçisi Hürrəm Zəki öldürülüb. Modern.az xarici mediaya istinadən bildirir ki, Zəki şənbə günü axşam saatlarında motosikletlə restorana şam yeməyinə gedərkən naməlum şəxslər tərəfindən odlu silahla vurulub.

Hadisə zamanı daha iki nəfərin – jurnalistin dostu və ərazidən keçən şəxs ağır yaralanıblar.

Zəki Let Us Build Pakistan (“Gəlin Pakistan yaradaq”) intenet-nəşrinin redaktoru idi.

“Taliban”ın Pakistandakı rəhbərinin nümayəndəsi bəyan edib ki, bu qətl onların işidir və Zəki Qırmızı məscidin ruhanilərindən biri Əbdül Əzizə qarşı İslamabadda başlanan kampaniyaya görə öldürülüb. 

Zəki digər hüquq müdafiəçiləri ilə birlikdə şiə azlığına nifrətin qızışdırılması və zorakılığa çağırışa görə Əzizə qarşı məhkəməyə iddia verib.  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə