Modern.az

Rusiyadan yeni plan

 Rusiyadan yeni plan

9 May 2016, 00:33

 

Mayın 11-də Berlində "Normandiya dördlüyü"nün xarici işlər nazirlərinin baş tutacaq görüşündə əsas vəzifəmiz Kiyev, Donetsk və Luqanskın öhdəliklərinin həyata keçirilməsini sürətləndirmək olacaq.  Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin açıqlama verib: “Görüşün gündəliyi bəllidir. Mən Minsk sazişinin şərtlərini təkrarlamaq istəmirəm. Tərəflərin öhdəliklərini sürətləndirmək lazımdır. Biz münaqişənin nizamlanması üçün müəyyən təkliflər hazırlamışıq. Bunu görüş zamanı müzakirə edəcəyik". 

Qeyd edək ki, Minsk sazişi Ukraynanın tərkibində Donetsk və Luqanska geniş muxtariyyət verilməsini nəzərdə tutur.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə