Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli faşist Almaniyası üzərində qələbənin 71-ci ildönümü münasibətilə Lənkəranda bir qrup Böyük Vətən müharibəsi veteranlarıyla görüş keçirib. Millət vəkili veteranları 9 May Qələbə günü münasibətilə təbrik edib. Sonra veteranlardan bəziləri özlərinin müharibə xatirələrini bölüşüblər.
Qeyd ediblər ki, alman faşıstlərinə qarşı müharibəmiz bitsə də? erməni faşıstlərinə qarşı müharibəmiz hələ davam edir. Aşağı-Nüvədi kəndində yaşayan Məhərrəmov Səfər Əziz oğlu özü ilə gətirdiyi cəbhə şəkillərini və müharibədən sonra təhsil aldığı ali məktəb venetkasını Hadı Rəcəbliyə təqdim edib və onları tarix muzeyində saxlanılmasını xahiş edib.