Modern.az

Sel Şamaxıya xeyli ziyan vurub

 Sel Şamaxıya xeyli ziyan vurub

Təhsil

9 May 2016, 21:08

 

Şamaxıya yağan leysan yağışları və dolu Ərciman və Çağan kəndlərində bir sıra fəsadlar törədib.  Modern.az saytı  Region.TV-yə istinadən xəbər verir ki, Ərciman kəndinin ərazisindən keçən Pirsaat çayında suyun səviyyəsi xeyli artıb. Nəticədə təsərrüfatlara ciddi ziyan dəyib. Sel suları sakinlərin əkin sahəsini yuyub aparıb, iri buynuzlu mal-qara tələf olub.

Kəndlərə gediş-gəlişdə də çətinliklər yaranıb. Xüsusilə də Ərciman kəndinə gedən yeganə yolun çaydan keçməsi nəticəsində kəndlə rayon mərkəzinin əlaqəsi kəsilib.  

655-ə yaxın sakini olan kənddə hər il yağıntılar dövründə eyni hal yaşanır. Məsələnin yeganə çıxış yolu isə çayın üzərində körpünün tikilməsidir.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə