Modern.az

Tərtərdə iki ədəd top mərmisi aşkar edilib

 Tərtərdə iki ədəd top mərmisi aşkar edilib

9 May 2016, 23:16


Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən bu gün də Tərtər, Füzuli və Samux rayonlarında təmizləmə əmaliyyatları davam etdirilib. ANAMA-dan Modern.az saytına verilən məlumata görə, bu gün də partlamamış hərbi sursatlar (PHS) aşkarlanıb:

Tərtər rayonu  

Qarağacı kəndi - 3 ev və həyətyanı sahədə 7 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar edilib, gün ərzində 30 000 kv. m ərazi yoxlanılıb.  

Qaynaq kəndi - 1 ev və həyətyanı sahədə, 3 otlaq sahəsində 4 partlayış yerinə baxış keçrilib, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar edilib. Gün ərzində 1 250 kv. m ərazi yoxlanılıb.

Əskipara kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçrilib və gün ərzində 5 000 kv. m ərazi yoxlanılıb. Baxış zamanı PHS aşkar olunmayıb. (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)   Cəmi: Gün ərzində 5 ev və həyətyanı sahələrdə, 3 otlaq sahəsində 12 partlayış yerinə baxış keçrilib, 36 250 kv. m ərazi yoxlanılıb, 2 ədəd 122 mm-lik top mərmisinin daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə Ərazisinə (MMƏ) daşınıb.  

Füzuli rayonu  

Şükürbəyli kəndi -2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 470 kv.m ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkar olunmayıb.   Cəmi: 2 otlaq sahəsi, 2 partlayış yeri aşkar edilib və 470 kv. m ərazi təmizlənib.

9 May tarixində 5 ev və həyətyanı sahədə, 5 otlaq sahəsi daxil olmaqla 14 partlayış yerinə baxış keçirilib, 2 ədəd 122 mm-lik top mərmisi aşkar edilib, daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə Ərazisinə (MMƏ) daşınıb. Gün ərzində 36720 kv. m ərazi təmizlənib.  

Ümumilikdə, Agentlik tərəfindən 7 Aprel - 9 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 453 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 12 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1417 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə