Naxçıvanda Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi ilə açıq ürək əməliyyatı aparılıb. Millət vəkili Rəşad Mahmudovun Modern.az saytına verdiyi məlumata görə, əməliyyat Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən "Ürək-damar xəstəliklərinin bu günü və gələcəyi" mövzusunda VI regional elmi-təcrübi konfrans keçirilib. Konfransın keçirilməsində əsas məqsəd bu sahədə olan mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsinin aparılmasıdır.
R.Mahmudov qeyd edib ki, konfrans çərçivəsində Naxçıvanda 22 açıq ürək əməliyyatının icrası nəzərdə tutulub.
Artıq start verilən aksiya mayın 13-dək davam edəcək.
Qeyd edək ki, konfrans Azərbaycan və Naxçıvan MR-in Səhiyyə Nazirliyi və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Modern.az