Modern.az

Akademik Tofiq Hacıyevin həyat yoldaşı da vəfat etdi

Akademik Tofiq Hacıyevin həyat yoldaşı da vəfat etdi

11 May 2016, 11:11


AMEA Nəsimi adına Dilçilik İnstitutunun keçmiş direktoru, mərhum akademik Tofiq Hacıyevin həyat yoldaşı Tamara Hacıyeva vəfat edib.

Mərhumun ailə üzvlərinin APA-ya verdiyi məlumata görə, Tamara Hacıyeva ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, ötən ilin noyabr ayında Tofiq Hacıyev yaşadığı mənzildə dəm qazından zəhərlənərək dünyasını dəyişib. Hadisə baş verən zaman Tamara Hacıyeva da dəm qazından zəhərlənib və bundan sonra bir müddət koma vəziyyətində olub. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə