Sonuncu sınaq imtahanın nəticələri açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, 8 may tarixində keçirilmiş sınaq imtahanının nəticələri və cavab kartlarının qrafik təsvirləri açıqlanıb.
İmtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.
TQDK ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün mayın 8-də Respublikanın 37 şəhər və rayonunda sonuncu sınaq imtahanları keçirib.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 50258 abituriyent qeydiyyatdan keçib.
Aytən ZƏHRA