Modern.az

BDU-nun “Gənc İstedadlar” liseyində “Cavid gecəsi”

BDU-nun “Gənc İstedadlar” liseyində “Cavid gecəsi”

11 May 2016, 16:45


Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc İstedadlar” liseyində“Cavid gecəsi”  adlı açıq dərs keçirilib.

Tədbiri giriş sözü ilə liseyin rus dili və ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səmayə  Kərimova açaraq Azərbaycanın böyük şairi, dramaturq Hüsey Cavidin Azərbaycan ədəbiyyatında yeri və rolundan bəhs edib.

BDU-nun jurnalistika fakültəsinin radio və televiziya kafedrasının dosenti, cavidşünas Sevil Həsənova isə Cavid ədəbi məktəbinin Azərbaycan publisistikasındakı rolundan bəhs edib, şeirlərini səsləndirib.

11-ci sinif şagirdlərinin böyük mütəfəkkirin yaradıcılığına həsr olunmuş çıxışları dinlənilib, “İblis”, “Qız məktəbində”, “Hüseyn Cavid” simfoniyası, “Cavid ömrü filminin treyleri” əsərlərinin videoçarxı təqdim olunub.

Sonda BDU-nun humanitar fakültələr üzrə  rus dili kafedrasının müdiri, dosent Ədibə Paşayeva çıxış edərək tədbirin təşkilini, o cümlədən şagirdlərin təqdimatını  yüksək qiymətləndirib.

O, bu səpkili tədbirlərin davamlı olmasını, rus bölmələrində Azərbaycan ədəbiyyatının tədrisinin vacibliyini  vurğulayıb. 

Qeyd edək ki, açıq dərsdə BDU-nun  təbiət elmləri üzrə  rus dili kafedrasının müdiri, professor Mikayıl Cəfərov, Rus dilçiliyi kafedrasının baş müəllimi Firavan Məmmədbəyli, Bakı Slavyan Universitetinin dosenti Sevinc Məmmədova, akademik Zərifə Əliyeva adına liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva və  Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimi Boquş Darya da iştirak edib.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə