Modern.az

Ermənistanın eks-xidmət rəhbərinin 800 milyonluq sərvəti üzə çıxdı

Ermənistanın eks-xidmət rəhbərinin 800 milyonluq sərvəti üzə çıxdı

12 May 2016, 11:19

Ermənistanın Məhkəmə Aktlarının Məcburi İcrası Xidmətinin keçmiş rəhbəri Miqran Poqosyanın Panamadakı ofşor zonalarda 800 milyon dollarlıq səhmlərinin olduğu üzə çıxıb.

Modern.az “Haykakan Jamanak” qəzetinə istinadən xəbər verir ki, keçmiş xidmət rəhbəri Londonun mərkəzində bütöv bir bina alıbmış.

“Bildiyimiz kimi, Londonda binaların qiyməti və icarəsi astronomik gəlir gətirir. Bəzi mənbələrə görə Ermənistan hakimiyyəti Poqosyanı zərbə altından çıxarmaq üçün həmin əmlakı istəyir.

Yayılan məlumatlara görə Miqrant Poqosyana məxsus səhmlərin dəyəri 800 milyon dollara çatır”.

Vüqar İsmayılov 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə