Modern.az

NİDA-çıların saxlanması təsdiqləndi - VƏKİLDƏN AÇIQLAMA

NİDA-çıların saxlanması təsdiqləndi - VƏKİLDƏN AÇIQLAMA

12 May 2016, 11:19


Vəkil Elçin Sadıqovun NİDA hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas İbrahimovla görüşünə icazə vermirlər. Modern.az saytı xəbər verir ki, bu haqda NİDA-çıların hüquqlarını qoruyan Elçin Sadıqov  məlumat verib.

“İndi Nərimanov Rayon Polis İdarəsindəyəm. Bayram Məmmədov və Qiyas İbrahimovla görüşməyə gəlmişəm. Müvəqqəti saxlama yerinin qarşısına gedəndə gördüm ki, Qiyası Müvəqqəti Saxlanma Yerinin (MSY) həyətini süpürməyə məcbur edirlər. Qiyasın üzündən görünürdü ki, onu çox qorxudurlar. Buna etiraz edəndə məni MSY-nin həyətindən çıxardılar. Görüşə icazə vermədilər. İndi polis idarəsinin qarşısındayam”.

E.Sadıqov deyib ki, Bayram Məmmədov və Qiyas İbrahimova işgəncə verilməsi, qeyri-insani və insan ləyaqətini alçaldan rəftar edilməsi Nərimanov Polis İdarəsinin MSY- nin həyətinin təhlükəsizlik kameralarına düşüb.

NİDA hərəkatı hesab edir ki, gənclər Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentini yazdıqlarına görə saxlanıblar.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə