Daşkəsən rayonunda azyaşlı su arxına düşərək boğulub.
Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda qeyd edilib.
Bildirilib ki, hadisə mayın 11-də Daşkəsən rayonunun Zəylik kəndində qeydə alınıb.Belə ki, həmin kənddə yaşayan azyaşlı Kamal Əkbərli evlərinin qarşından keçən su arxına düşərək boğulub.
Araşdırma aparılır.
Gülşən RAUFQIZI