Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov işindən ayrılıb. Modern.az saytı xəbər verir ki, bu haqda Y.İsakov özü məlumat yayıb.
“Bu gün 2 il çalışdığım kollektivdən ayrıldım. Müstəqil jurnalist fəaliyyətinə qayıtmaq arzum Penitensiar Xidmət rəhbərliyi tərəfindən tam anlayışla qarşılandı.
Doğrusu, bu cür təntənə ilə yola salınmağımı gözləmirdim. Hörmətli ədliyyə general-mayoru Hüseyn Əlixanova dərin təşəkkürümü ifadə edirəm. 2 il ərzində bizim aramızda tək rəis-işçi münasibəti yox, həm də dostluq əlaqələri olub”.
Y.İsakov bir müddət əvvəl fəaliyyətini dondurduğu Press24.az saytını bərpa etmək fikrində olduğunu qeyd edib.
Gülşən RAUFQIZI