Hollandiya millisinin keçmiş futbolçusu Frank de Bur “Ayaks”ın baş məşqçisi postunu tərk edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, onun müqaviləsi 2017-ci ilin yaylna qədər nəzərdə tutulsa da, qarşılıqlı razılaşma əsasında ləğv edilib.
“Ayaks”a 2010-cu ildən rəhbərlik edən 45 yaşlı De Bur son turda çempionluğu əldən verib. Hollandiya çempionatının həmin turunda “Ayaks” “De Qrafshap”la heç-heçə (1:1) oynayaraq titulu PSV-yə uduzub.
Amsterdam klubu qalib gələrdsisə, çempionluq titulunu qazanacaqdı.
Modern.az