Vergilər Nazirliyi 2016-cı ilin yanvar-aprel aylarında büdcəyə daxil olan verginin məbləğini açıqlayıb. Nazirliyin Analitik - informasiya şöbəsindən Modern.az saytına verilən məlumata görə, hesabat dövründə 37 min 80 vergi ödəyicisi qeydiyyata alınıb.
“2016-cı ilin yanvar-aprel ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 204 milyon 972,7 manat vəsait daxil olub. Proqnoz tapşırığına 104,8 faiz əməl edilib”.
Gülşən RAUFQIZI