Modern.az

Futbol kütləvi dava ilə başa çatdı - VİDEO

Futbol kütləvi dava ilə başa çatdı - VİDEO

12 May 2016, 16:29


Ukraynada “Zarya” və “Dnepr” klubları arasındakı oyun oyunçuların, baş məşqçilərin və hakimlərin iştirakı ilə kütləvi dava ilə başa çatıb. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, oyun 2:0 hesabı ilə “Zarya”nın xeyrinə başa çatandan sonra futbolçular bə məşqçilər münasibətlərini yumruqla həll etmək qərarına gəliblər.

Bütün oyun boyu tribunada oturan “Dnepr”in futbolçusu Roman Zozulya hakim idarəçiliyindən razı qalmadığından bu məsələni yumruqla həll etmək qərarına gəlib.

Onun meydançaya girişindən sonra futbolçular və baş məşqçilər arasında sözlü mübahisə başlayıb və sürətlə kütləvi davaya çevrilib. Oyunçular və onların məşqçiləri münasibətlərini artıq tribuna altındakə ərazidə aydınlaşdırmağa davam ediblər.

 



Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə