Modern.az

Azərbaycanın 70 yaşlı bəy-gəlinləri...

Azərbaycanın 70 yaşlı bəy-gəlinləri...

16 May 2016, 10:01

2016-cı ilin 4 ayı ərzində nikaha daxil olan kişilərdə orta yaş həddi 29,5 yaş, qadınlarda 24,9 yaş olub. Bunu Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib. O bildirib ki, 2015-ci ildə nikaha daxil olan kişilərdə orta yaş həddi 29 yaş, qadınlarda isə 24,5 yaş olub.

“Eyni zamanda bildiririk ki, 2016-cı ilin 4 ayı ərzində kişilərdə 60 yaşdan yuxarı 128 nikah, 70 yaşdan yuxarı 38 nikah, 80 yaşdan yuxarı 11 nikah qeydə alınıb.
2016-cı ilin ilk dörd ayaında qadınlar arasında 60 yaşdan yuxarı 21, 70 yaşdan yuxarı isə 5 nikah qeydə alınıb”,-deyə Ədliyyə Nazirliyinin rəsmisi bildirib.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə