Modern.az

Bakıda polis əməkdaşları bıçaqlanıb

Bakıda polis əməkdaşları bıçaqlanıb

13 Yanvar 2011, 11:03

Nizami rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə yanvarın 13-də saat 02.00 radələrində “Neon Palace” şadlıq sarayının yaxınlığında, Mikayıl Əliyev küçəsi 15 ünvanında qeydə alınıb.

Küçədə düşən davaya müdaxilə edən Çevik Polis Alayının əməkdaşları Elçin Zirəddin oğlu Mütəllimov, Zülfüqar Ələkbər oğlu Süleymanov və Səbuhi Tağı oğlu Ağayev bıçaqlanıblar. Yaralı polis əməkdaşları xəstəxanaya yerləşdiriliblər. Hadisəni törədənlərin bir neçəsi artıq saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə