Modern.az

Bakıda 14 yaşlı uşağı oğurlayıb, 20 min manat tələb etdilər

Bakıda 14 yaşlı uşağı oğurlayıb, 20 min manat tələb etdilər

31 May 2016, 13:22

Mayın 30-da naməlum şəxs Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində kirayədə yaşayan Kürdəmir rayon sakini - 14 yaşlı Cəfər Qasımovu oğurlayıb, qaytarılması müqabilində anası Afətdən 20.000 manat pul istəyib. Adam oğrusu bu haqda uşağln anasından polisə məlumat verməməsini tələb edib.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə C.Qasımovun “VAZ-21154” markalı avtomobildə qaçırılması müəyyən edilib. Qeyd edilən nəqliyyat vasitəsi Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Dövlət Yol Polisi İdarəsi və Binəqədi RPİ-nin əməkdaşları tərəfindən Azadlıq prospektində saxlanılıb. Sürücü - Bakı şəhər sakini 23 yaşlı Sənan Qasımzadə törətdiyi əməli etiraf edib.

C.Qasımov ailə üzvlərinə təhvil verilib.

Faktla əlaqədar CM-nin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə