Bu gün bəzi KİV-lərdə və sosial şəbəkələrdə Cəlilabad rayonunda təxminən 10-11 yaşlı oğlan uşaqlarının aclıqdan çörək oğurladığına görə polis tərəfindən saxlandığına dair məlumat, eləcə də onların əli qandallı şəkli yayılıb.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, Cəlilabadda hansısa oğurluğa görə bir və ya bir neçə uşağın saxlandığı barədə xəbərlər həqiqəti əks etdirmir:
“Mətbuatda qeyd edildiyi kimi, uşaqlar 11 deyil, 15 yaşlarındadır. Eyni zamanda bu yeniyetmələr qohumdurlar. Araşdırmalarımız zamanı əldə etdiyimiz ilkin məlumatlara görə, onların oğurluq etməsinə səbəb də aclıq deyil. Sadəcə, yeniyetmələr valideyn məsuliyyətsizliyindən bu yola əl atıblar”.
Komitədən həmçinin bildirilib ki, hadisəyə səbəb valideyn məsuliyyətsizliyidir.
Gülşən RAUFQIZI