Modern.az

Avropa Komissiyasının rəhbəri: "Dağlıq Qarabağ münaqişəsinin uzanmasından narahatıq"

Avropa Komissiyasının rəhbəri: "Dağlıq Qarabağ münaqişəsinin uzanmasından narahatıq"

14 Yanvar 2011, 12:20

Bakıda səfərdə olan Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo bu gün keçirdiyi mətbuat konfransında qeyd edib ki Avropa Komissiyası ərazi bütövlüyü prinsipini dəstəkləyir və bu baxımdan onlar istəyirlər ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edilsin.

Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olmaması ilə bağlı narahatlığını bildirən Avropa Komissiyasının sədri məsələnin sülh yolu həllinin vaxtının artıq çoxdan yetişdiyini qeyd edib. Buna görə də ATƏT-in Minsk qrupu öz fəaliyyətini davam etdirməlidir. Sədr əmin edib ki, Avropa İttifaqı bu baxımdan öz səylərini davam etdirəcək. “Tərəflərin razılaşdırdığı hər hansı bir variant ortaya çıxarsa, Avropa İttifaqı bunu dəstəkləməyə hazırdır və ondan sonra da bərpa işlərini görəcək”.
"Prezident İlham Əlyevlə dünənki görüşdə biz bu məsələni digər mühüm məsələlərlə yanaşı müzakirə etdik. Mən münaqişə nəticəsində ziyan çəkmiş adamların taleyi ilə bağlı dərin narahatlığımı ifadə etdim", - deyə Barrozo bildirib.

Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, Avropa İttifaqı Azərbaycanla viza rejiminin sadələşdirilməsi üzrə danışıqlara başlamağa hazırdır, bu da insanların bir ölkədən digərinə gedişini sadələşdirməyə imkan verə bilər: “Bakıya səfərim Avropa İttifaqının Azərbaycanla tərəfdaşlıq münasibətlərinin inkişafına sadiqliyinin parlaq sübutudur".

Joze Manuel Barrozo deyib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ona aydın şəkildə bildirib ki, Azərbaycan "Nabucco" layihəsini dəstəkləyir.

Azərbaycanın “Şahdəniz” yatağından çıxarılacaq qazının bu kəmərlə ötürülməsinə gəldikdə isə Joze Manuel Barrozo bildirib ki, bu, kommersiya qərarıdır: ""Nabucco" ilə bağlı qərarı biznes şirkətləri verməlidir. Söz şirkətlərindir. Biz yalnız layihəyə siyasi dəstək verə bilərik”.

Xatırladaq ki, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə” imzalayıblar.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə