Modern.az

Bakı-Sumqayıt yolunu bağlayan köçkünlərin aksiyası dağıdılıb

Bakı-Sumqayıt yolunu bağlayan köçkünlərin aksiyası dağıdılıb

Təhsil

15 Yanvar 2011, 15:07

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunun sol tərəfində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığındakı məcburi köçkünlərə məxsus sənədsiz evlərin sökülməsi insidentlə nəticələnib. Modern.az-ın məlumatına görə, aksiya iştirakçıları evlərinin sökülməsinə etiraz əlaməti olaraq Bakı-Sumqayıt yolunun bir neçı saat bağlayıblar. 
İnsidentə polis müdaxilə edib, aksiya dağıdılıb və yolda nəqliyyatın hərəkəti bərpa edilib. Aksiya iştirakçılarından saxlanılanlar var.
Qeyd edək ki, həmin ərazidə metronun «Avtovağzal» stansiyası tikiləcək. Ərazidən köçürülən məcburi köçkünlər müvəqqəti olaraq vaqon evlərə yerləşdirlirlər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bəyan edib ki, köçkünlər vaqonlarda müvəqqəti yaşayacaqlar. Bir müddət sonra onlar Masazır və ya Pereküşküldə tikilən çoxmərtəbəli yaşayış binalarında yerləşdiriləcəklər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir