Gəncə şəhərində intihar hadisəsi qeydə alınıb. 18 noyabr 1929-cu il təvəllüdlü Fatma Məmmədova özünü körpüdən Gəncə çayına atıb. Şeyxzamanov küçəsi bina 4, mənzil 3-də yaşayan Fatma Nüsrət qızının özünə qəsd etməsini onun həyat yoldaşı Zirəddin Məmmədov mərhumun ruhi xəstəlikdən əziyyət çəkməsi ilə izah edib. Onun sözlərinə görə, 82 yaşlı Fatma Məmmədova ruhi xəstəymiş. Qadın əvvəllər də bir neçə dəfə özünü öldürməyə cəhd edib. Gəncə şəhər Prokurorluğu isə hadisənin baş vermə səbəblərini açıqlamır. Gəncə şəhər prokurorunun köməkçisi Elnar Hüseynov Modern.az-a bildidb ki, onlar ekspertizanın ilkin rəyini gözləyir. Elnar Hüseynovun sözlərinə görə, Fatma Məmmədova saat 12 radələrində Gəncə şəhər Kimyaçılar küçəsində Gəncə çayının hündür hissəsindən özünü çaya atıb. Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsiylə cinayət işi başlanılıb və hazırda həmin cinayət işi üzrə istintaq davam etdirilir.
Xaliq Qurbanov