Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Latviyaya rəsmi səfərə gedib.
Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
AzərTAc-ın məlumatına görə, Azərbaycanın və Latviyanın dövlət bayraqları ilə bəzədilmiş Riqanın Beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Latviyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.