Modern.az

Deputatın partiyası "Turizm ili" ilə bağlı yeni təkliflə çıxış edib

Deputatın partiyası "Turizm ili" ilə bağlı yeni təkliflə çıxış edib

17 Yanvar 2011, 13:43

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda qərarların icrası, ictimai siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. Bu barədə Modern.az-a partiyadan məlumat verilib.

İctimai-siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsi Azərbaycan Respublikası prezidentinin sədrliyilə keçirilən Hazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclası ilə  bağlı olub. BAXCP İdarə Heyəti hesab edir ki, 2011-ci ildə ölkədə 5 iri beşulduzlu otelin açılması iqtisadi cəhətdən nə qədər böyük önəm daşısa da, Azərbaycanın inkişafı və xoşbəxt gələcəyi siyasi sisteminin möhkəmləndirilməsi üçün siyasi islahatların aparılmasından keçir. BAXCP ümid edir ki, 2011-cu ilin "Turizm ili" elan olunmasına baxmayaraq, bu il Azərbaycan tarixində həm də böyük siyasi islahatlar ili kimi qalacaq: "Dövlət başçısının dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında və "Jurnalistlərin dostu" mükafatının təqdimetmə mərasimində siyasi sistemin gücləndirilməsi və ölkədə siyasi islahatların aparılması ilə bağlı söylədiyi fikirlər 2011-ci ildə bu istiqamətdə bir sıra mühüm addımların atıla biləcəyinə ümid yaradır. BAXCP İdarə Heyəti ölkədə təxirəsalınmaz siyasi islahatlar aparılmasının dövlətimiz və xalqımız üçün taleyüklü önəm daşıdığını önə çəkərək, hökuməti bu istiqamətdə konkret addımlar atmağa çağırır".

BAXCP İdarə Heyəti eyni zamanda "Turizm ili" ilə bağlı yeni təkliflə çıxış edib. Partiya hesab edir ki, "Turizm ili" çərçivəsində Azərbaycanda yeni "Şahdağ" turist şəhərinin əsasının qoyulması ölkənin milli maraqları baxımından məqsədəuyğun olardı. BAXCP hesab edir ki, Bakı şəhərində həyata keçirilməsi nəzərdə tutulan bir neçə iri layihənin təxirə salınması nəticəsində Şahdağ turist şəhəri təşəbbüsünün gerçəkləşdirilməsi mümkündür.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə