Modern.az

Yeni Azercell Ekspres Ofisi fəaliyyətə başladı

Yeni Azercell Ekspres Ofisi fəaliyyətə başladı

17 Yanvar 2011, 15:00

Daim müştərilərinin rahatlığını düşünən “Azercell Telekom” MMC daha bir Azercell Ekspres ofisini abonetlərinin ixtiyarına verdi. Artıq ötən gündən etibarən  şirkətin Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 28-ci məhəllə, ev 7 ünvanında yeni AzEx ofisi fəaliyyətə başlayıb. Ofis həftədə 6 gün fəaliyyət göstərərək Azercell abonetlərinə xidmət edəcək.
Qeyd edək ki, yeni açılan Azercell Ekspres ofisinin də konsepsiyasının əsasını bir nöqtədə üç xidmət təşkil edir. Yəni istənilən abonent Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. "Azercell" şirkəti tək Azərbaycanda deyil, bütün regionda "one stop shopping" adlanan bu konsepsiyanı təqdim edən ilk şirkətdir.
Məlumat üçün bildirək ki, hazırda ölkə üzrə 31 “Azercell Ekspres” ofisi fəaliyyət göstərir. Bu ofislərin 19-u bölgələrdə yerləşir. Azərbaycanda qeyri-neft sektorunun lider şirkəti olan “Azercell” bundan sonra da paytaxtda və regionlarda “Azercell Ekspres” ofislərinin sayını artırmaq niyyətindədir.


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir