Modern.az

Kursu dəyişməyi Hafiz Hacıyevi çətin vəziyyətə salıb

Kursu dəyişməyi Hafiz Hacıyevi çətin vəziyyətə salıb

18 Yanvar 2011, 14:49

Müasir Müsavat Partiyasının mərkəzi qərargahında rayon təşkilatlarının qurultayla bağlı ilk hazırlıq toplantısı keçirilib. Bu barədə Modern.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib. Toplantıda yalnız Yasamal və Sabunçu rayon təşkilatının idarə heyəti, özək təşkilat sədrləri və fəal təşkilat üzvləri iştirak ediblər. Toplantının gündəliyində duran məsələlər kimi  qurultaya hazırlığın səviyyəsi, partiyadaxili vəziyyət, son günlər ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr müzakirə edilib.

 

Qeyd edək ki, müzakirələr zamanı partiyanın siyasi mövqeyinin dəyişdirilməsi məsələsi çox böyük polemikaya səbəb olub. Təşkilat üzvləri partiyanın idarə heyətinin qarşısında sərt tələblərlə çıxış ediblər. İdarə heyəti bütün məsələlərin qurultayda öz həllini tapacağı vədi ilə partiya üzvlərini sakitləşdirib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir