Modern.az

Lukaşenkonun andiçmə mərasiminə Azərbaycandan kim gedəcək?

Lukaşenkonun andiçmə mərasiminə Azərbaycandan kim gedəcək?

18 Yanvar 2011, 18:09

Rəsmi Bakı bununla bağlı hər hansı dəvət almadığını deyir


Belorus prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasiminin yanvarın 21-də keçirilməsi nəzərdə tutulub. Bu barədə Mərkəzi Seçki Komissiyasının katibi Nikolay Lozovik İTAR-TASS-a açıqlamasında bildirib ki, 21 yanvar tarixi ilkin tarixdir. Andiçmə gününün dəqiq vaxtını Prezident Administrasiyası elan edəcək.

Dəvət ediləcək qonaqların kimliyi də bəlli deyil. Rusiya siyasətçilərindən və rəsmi şəxslərindən heç kim Lukaşenkonun andiçmə mərasiminə dəvət almayıb. Bu barədə Rusiya XİN-in başçısı Sergey Lavrov deyib. Həmçinin bəlli olub ki, Gürcüstan prezidenti Mixail Saakaşvili də rəsmi Minsk tərəfindən dəvətli deyil. Azərbaycandan da mərasimə kimin gedəcəyi hələ müəyyənləşməyib.

Xarici İşlər Nazirliyindən Modern.az-a bildiriblər ki, Belorus prezidentinin inaqurasiyasına  iştirakla bağlı heç dəvətnamə onlara daxil olmayıb. “Belə bir dəvət biz almamışıq”-deyə mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib.

Bir sıra halarda inaqurasiya mərasiminə baş nazir Artur Rəsizadə iştirak edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, Lukaşenkonun andiçmə mərasimində iştirakla bağlı onlara heç bir dəvət daxil olmayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir