Modern.az

“Keç yeralti keçiddən, uzaq ol təhlükədən!”

“Keç yeralti keçiddən, uzaq ol təhlükədən!”

18 Yanvar 2011, 20:53


Yanvarın 18-də Bakı şəhərində 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə “Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!” şüarı altında maarifləndirici aksiya keçirib. Aksiyada çıxış edənlər tədbirin əhəmiyyətindən danışıblar.

Modern.az-ın məlumatına görə, tədbirdə çıxış edən «Canlı svetafor» Xalid Musayev hər kəsin uşaqların əlindən tutaraq onlara yolu keçməkdə yardımçı olmağa çağırıb. «Biz bu uşaqlara yolu keçərkən yardım etməliyik ki, gələcəyimiz olan uşaqların təhlükəsizliyini təmin edək».

Daha sonra uşaqlar yol hərəkətinə aid şeirlər söyləyiblər. Balaca polislər piyada keçidindən keçməyən, yol hərəkəti qaydasını pozan piyadaları saxlayaraq piyada keçidinin yanına aparıb onları piyada keçidindən keçməyə dəvət ediblər.

Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovkin-leytenantı Vaqif Əsədov bildirib ki, keçirilən aksiya olduqca vacibdir. Bu yolla piyadalar təyin olunmuş yerlərdən keçmək üçün maarifləndirilir:
«Ötən il baş vermiş yol-qəza hadisələrinin təhlili deməyə əsas verir təyin olunmamış yerlərdən keçən piyadaların vurulma halları ümumi qəzaların 49 faizini təşkil etdiyindən təyin olunmayan yerlərdən keçən piyadaların aşkar olunması məqsədi ilə 2011-ci ildə əməkdaşlarımız tərəfindən mütəmadi olaraq reydlər keçirilir. Aparılan reydlər zamanı 160 nəfərdən çox piyada tərəfimizdən saxlanılaraq məsuliyyətə cəlb edilib". 
V.Əsədov bildirib ki, 2011-ci il ərzində də təhlükəsizlik tədbirləri davam edəcək: «Məqsəd ondan ibarətdir ki, təhlükəsiz hərəkət təmin edilsin, insanlar maarifləndirilsin».

Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir