Modern.az

Bakı şəhər prokurorluğunda prokurorların nöqsanlarından danışıblar

Bakı şəhər prokurorluğunda prokurorların nöqsanlarından danışıblar

19 Yanvar 2011, 10:40

Yanvarın 18-də Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2010-cu ildə qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Modern.az-ın məlumatına görə, Bakı şəhər prokuroru Əziz Seyidov qeyd edib ki, hesabat dövrü ərzində Bakı şəhər prokurorluq orqanları tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində şəhərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə bir sıra səmərəli tədbirlər həyata keçirməklə müəyyən nəticələr əldə edilib.
Hesabat dövründə 10 min 612 cinayət hadisəsi qeydə alınıb, onların 79 faizinin üstü açılıb. Uzun müddət bağlı qalan 5 qəsdən adamöldürmə, çoxsaylı quldurluq hadisələri törətmiş şəxslərin ifşa edilməsi, xeyli miqdarda qanunsuz narkotik vasitənin və psixotrop maddələrin dövriyyədən çıxarılması hüquq mühafizə orqanlarının əlaqəli birgə fəaliyyətinin nəticəsi kimi qiymətləndirilib.
İl ərzində prokurorluqda 523, daxili işlər orqanlarında isə 4099 cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün məhkəməyə göndərilib.
Hesabat dövründə bir sıra ağır və xüsusilə ağır cinayət işləri araşdırılıb, həmin cinayətləri törətmiş şəxslər ifşa edilərək cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, hesabat ilində 2007-ci ildən bağlı qalmış Xanoğlan Cəfərovun, 2008-ci ildən bağlı qalmış Oruc Nəcəfovun, 2009-cu ildən bağlı qalmış Yaşar Alışanovun, Rauf Həsənovun qətlə yetirmələri faktlarına görə cinayət işləri başlanılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətlərin açılması təmin edilib, təkzibedilməz sübutlarla təqsirkar şəxslər ifşa olunaraq məhkəmə məsuliyyətinə cəlb olunub.
Müşavirədə qeyd edilib ki, hesabat dövründə əldə olunmuş müsbət nəticələrlə yanaşı nöqsanlar da mövcuddur. 2010-cu ildə baş vermiş bir qəsdən adamöldurmə, 34 quldurluq cinayətlərinin və 11 ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılmaması bu sahədə daha intensiv və məqsədyönlü istintaq, əməliyyat-axtarış tədbirlərinin aparılmasını tələb edir.
Əməliyyat müşavirəsində istintaq və təhqiqat orqanlarının fəaliyyətində aşkar edilmiş nöqsanlar və qanun pozuntuları konkret misallarla təhlil edilərək onların aradan qaldırılması tələb edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir